Hadisə

BNA niyə zərərlə işləyir və bu nə qədər inadırıcıdır?..

Agentliyin daxili xərclərində israfçılıq açıq-aşkar müşahidə olunur…

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri: “Son zamanlar sərnişindaşıma şirkətlərinin guya zərərlə işlədikləri, buna görə də gedişhaqqının qaldırılması məsələsi tamamilə əsassızdır. Bunun heç bir iqtisadi, məntiqi əsaslandırılması yoxdur”.

“Agentliyin rəhbərliyinin fəaliyyəti onu deməyə əsas verir ki, rəhbərlik xərcləri azaltmaq barədə ümumiyyətlə düşünmür. Əksinə bu xərcləri artırmaq üçün yollar axtarırır”.

Bu sözləri sosioloq Elçin Bayramlı nəqliyyatdaşıma şirkətlərinin qiymətlərin qaldırılması ilə bağlı etdiyi müraciəti pia.az-a şərh edərkən qeyd edib.

Son zamanlar xidmət sektorunda çalışan bir çox dövlət şirkətləri ziyanla işlədiklərini bəhanə edərək qiymətlərin qaldırılması ilə bağlı Tarif Şurasına müraciət edirlər. Onlardan biri də BNA və ictimai nəqliyyat sektorudur. Maraqlıdır ki, bu sektorda çalışan özəl şirkətlərin gündəlik xalis qazanclarının 30%-də artıq olması ilə bağlı qeyri-rəsmi məlumatlar da var və əslində bu şirkətlərin kifayət qədər mənffətlə çalışmasını bir çox mənbələr bildirirlər. Lakin buna baxmayaraq BNA-nın hesabatlarında Agentliyin zərərlə işləməsi göstərilir.

Eyni zamanda Agentliyin daxili xərclərində də israfçılıq açıq-aşkar müşahidə olunur. Hazırda BŞİH-nin nəzdinə verilən BNA-da isə islahat aparılmasının işartıları görünmür. BNA-nın zərələ işləməsini təbii hesab etmək olar və bu “zərər” əsasən nəyin hesabına formalaşır?

Mövzunu pia.az-ın əməkdaşı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “BNA şəhərin sərnişindaşıma sxemini elə qurub ki, bir adam şəhərin bir yerindən digər yerinə getməsi üçün 2-3 avtobus dəyişməlidir. Bu da dövriyyədə onların gəlirlərini artırır”.

Əslində BNA-nın heç bir zərərlə işləmədiyini vurğulayan sosioloq pia.az-a bildirib ki, buna görə də gedişhaqqının azaldılması ilə bağlı məsələ müzakirə oluna bilər. Gedişhaqqının qaldırılması məsələsinin müzakirə olunması isə tamamilə əsassızdır:

“Son zamanlar sərnişindaşıma şirkətlərinin guya zəzərlə işlədikləri, buna görə də gedişhaqqının qaldırılması məsələsi tamamilə əsassızdır. Bunun heç bir iqtisadi, məntiqi əsaslandırılması yoxdur. Çünki son günlər nə yanacağın qiyməti qalxıb, nə bunların vergiləri artırılıb, nə də digər xərcləri artıb.

Üstəlik son vaxtlar qənaətçil avtobuslardan istifadə olunur. Yəni avtobuslar daha iridir və əksəriyyəti sıxılmış qazla işləyir. Bu isə yanacaq xərcini 2-3 dəfə azaldır. Əslində BNA heç də zərərlə işləmir. Buna görə də gedişhaqqının azaldılması ilə bağlı məsələ müzakirə oluna bilər və bu qanunauyğundur. Gedişhaqqının qaldırılması məsələsinin müzakirə olunması isə tamamilə əsassızdır. Bunda əsas məsələ Agentlik rəbərliyinin daha çox müxtəlif xərclər adı altında mənimsəmələri genişləndirməkdir.

BNA xərcləri şişirtməklə məşğuldur. Onlar artıq lazımsız xərclər təşkil edir. Bu da nəticədə ümumi nəqliyyat sektorunda, sərnişindaşımada maya dəyərini yüksəldir. Yaxşı olar ki, ayrılmış vəsaitlərdən səmərəli istifadə olunsun. Bəzi layihələr və müqavilələr var ki, ona heç bir ehtiyac yoxdur. Məsələn məsləhət almaq üçün BNA 2 milyon manatlıq müqavilə bağlayıb. Amma bilən yoxdur ki, hansı məsləhətlər alınıb və bu məsləhətlər hesabına hansı islahatlar keçirilib, hansı sahədə xərclərin azaldılması ilə bağlı işlər görülür. Bu məsləhətləri ekspertlər 10-20 ildir mediada verirlər. Üstəlik dünya təcrübəsi də ortadadır. Dünyadakı müsbət təcrübələri görmürlər, amma 2 milyon manatı kimlərəsə verirlər ki, onlara 1-2 “məsləhət versinlər”. Əslində isə Agentliyin rəhbərliyinin fəaliyyəti onu deməyə əsas verir ki, rəhbərlik xərcləri azaltmaq barədə ümumiyyətlə düşünmür. Əksinə bu xərcləri artırmaq üçün yollar axtarırır.

Elçin Bayramlı: “Təklif edərdim ki, mediada mütəxəssislərimiz nəqliyyatda qiymətlərin azaldılması ilə bağlı məsələ qaldırsınlar və bunu müzakirə etsinlər”.

Yaxşı olardı ki, BNA şəhər nəqliyyatında sxematik işləri düzgün aparsın. Əslində elə ediblər ki, avtobuslar insanların çox olan vaxtlarında yüklü gəlir. Onlar sistemi elə qurublar ki, iki avtobusla daşınan sərnişinləri, şərti 100 nəfəri, bir avtobusla daşısınlar. BNA burada da ikiqat gəlir əldə edir.

Həmçinin BNA şəhərin sərnişindaşıma sxemini elə qurub ki, bir adam şəhərin bir yerindən digər yerinə getməsi üçün 2-3 avtobus dəyişməlidir. Bu da dövriyyədə onların gəlirlərini artırır. Buna görə də BNA -nın təklifləri, şikayətləri tamamilə əsassızdır.

Mən təklif edərdim ki, mediada mütəxəssislərimiz nəqliyyatda qiymətlərin azaldılması ilə bağlı məsələ qaldırsınlar və bunu müzakirə etsinlər. Bunun əsası var. Digər heç bir məsələnin əsası yoxdur”.

Bənzər yazılar

Back to top button