Cəmiyyət

Həkim-infeksionist: virus infeksiyasına yoluxmamaq üçün…

Dünyada yayılan müxtəlif viruslar və onlarla əlaqədar yanlış informasiyalar insanlar arasında müəyyən təşviş və narahatlıq hissi yaradır. Yeni növ koronavirus (COVID-19) təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Bu infeksiyadan qorunmaq məqsədilə insanlar müxtəlif üsullardan istifadə edir. AzToday.az bildirir ki, pediatr-infeksionisti Aytən Ziyadova koronavirus barəsində AZƏRTAC-a müsahibəsində deyib: “Koronavirusların simptomları axıntılı burun, öskürək, boğaz ağrısı və bəzən hərarət kimi hər hansı yuxarı tənəffüs yoluxmasına bənzəyir. Xəstəlik laboratoriya müayinələri, o cümlədən burun və boğazdan gələn axıntılar, qan analizləri nəticəsində aşkar edilir”.

Həkim-infeksionist daha sonra deyib: “Koronavirus mikroorqanizmlər ailəsinin bir növüdür. Onun törətdiyi fəsadlar qrip infeksiyasından daha ağır gedir, tənəffüs yolları və ağciyər zədələnir. Əslində isə koronavirusa yoluxma zamanı ölüm göstəricisi qrip xəstəliyində olandan o qədər də yüksək deyil. Ümumiyyətlə, infeksion xəstəliklərdən qorunmaq üçün gigiyenik qaydalarına əməl etmək vacibdir. Qrip xəstələri öskürərkən və ya asqırarkən ağız və burunlarını mütləq örtməlidirlər”.

Son zamanlar virus infeksiyası əleyhinə hər kəs özünəməxsus üsullardan istifadə edir. Mütəxəssislər isə bütün bunların əvəzinə sağlam qidalanaraq immuniteti gücləndirməyi məsləhət görürlər.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button