Dünya

İran generalından Vətən müharibəsi barədə təxribatçı açıqlama

İran Ordusunun Quru Qoşunlarının komandanlarından briqada generalı Kiomars Heydari Azərbaycan Ordusunun ərazilərimizi işğaldan azad etdiyi müharibədən danışıb və təxribatçı iddialar səsləndirib.

Yeniavaz.com “Tasnim News Agency”yə istinadən xəbər verir ki, o, bu barədə cümə namazı tədbirində çıxışı zamanı danışıb.

K. Heydari iddia edib ki, İran 2021-ci ildə Qarabağ bölgəsində gedən müharibə zamanı qeyri-qanuni İsrail rejiminin qüvvələrinin müharibə aparan ölkələrdən birində olması və regional geosiyasi vəziyyəti dəyişmək planlarının olması barədə məlumat əldə edib.
Quru Qoşunlarının həmin vaxt İranın şimal-qərbində başlatdığı hərbi təlimə işarə edən general, münaqişə zamanı İranın qoyduğu iki əsas və strateji şərtin yerinə yetirildiyini bildirib:

“Bölgənin geosiyasətində heç bir dəyişikliyə icazə verməyəcəyimizi elan etdik və ikincisi, sionist rejimin ünsürləri bu bölgəni tərk etməlidir”.
Briqada generalı Heydari deyib ki, “İran hələ də sionist hərəkatları izləyir”.

Bənzər yazılar

Back to top button