Dünya

İran ərəb şirkətinə 18 milyard dollar cərimə ödəyəcək

İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 18 milyard dollar cərimə ödəyəcək.

Qaynarinfo “Timeturk”ə istinadən xəbər verir ki, bu barədə Haaqa Beynəlxalq Məhkəməsi qərar qəbul edib. İranın Nəcəfabad şəhərindən olan deputat Əbülfəzi Əbu Turabi yerli “Şərq” qəzetinə açıqlamasında xəbəri təsdiq edib.

Ölkənin Neft Nazirliyinin adının açıqlanmayan nümayəndəsi isə bildirib ki, buna səbəb Mahmud Əhmədinejatın prezidentliyi dövründə BƏƏ-nin “Crescent Petroleum” neft-qaz şirkəti ilə imzalanmış müqavilənin pozulması səbəb olub. İran Milli Neft Şirkəti ilə “Crescent Petroleum” arasında 2001-ci ildə imzalanan müqavilənin şərtləri pozulduğu üçün ərəblər cənub qonşumuzu məhkəməyə vermişdi.

Bənzər yazılar

Back to top button