İdman

Ten Haq yeni təyinatından danışdı

“Mançester Yunayted”in yeni baş məşqçisi Erik ten Haq bu vəzifəyə təyin olunmasına münasibət bildirib.

Qol.az xəbər verir ki, 52 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında “qırmızı şeytanlar”ı çalışdıracağı üçün şərəf duyduğunu deyib:

“Mançester Yunayted”in yeni baş məşqçisi olduğum üçün şərəf duyuram. Mən bu böyük klubun tarixini və azarkeşlərin onu necə həvəslə dəstəklədiyini bilirəm. Komandanı inkişaf etdirmək və layiq olduğu uğuru qazanmaq niyyətindəyəm. Bu qədər inanılmaz illərdən sonra “Ayaks”dan ayrılmaq asan olmayacaq. Azarkeşləri əmin etmək istəyirəm ki, “Mançester Yunayted”ə qoşulmazdan əvvəl bütün diqqətimi Niderlandda mövsümü uğurla başa vurmağa yönəltmişəm”.

Qeyd edək ki, “Mançester Yunayted” bu gün Ten Haqla 2025-ci ilin yayınadək müqavilə imzalayıb. Mütəxəssis hazırda “Ayaks”a baş məşqçilik edir. O, mövsümün sonunda Niderland təmsilçisindən ayrılaraq “Mançester Yunayted”də işə başlayacaq.

Bənzər yazılar

Back to top button