Hadisə

Məşhur iş adamından məmurlara: Əsas odur ki, həbs olunmayasınız

AAAF İnşaat MMC-nin sahibi, Azərbaycanda tanınmış iş adamı olan Tofiq Heydərov maraqlı açıqlaması ilə diqqət çəkib.

O, şirkətin həyata keçirməkdə olduğu “AAAF park Astara” layihəsinin uğurla davam etdiyini bldirib:

“Layihə çətinliklərə baxmayaraq, gözlədiyimizdən də çox uğurlu alınıb. Cənub mirvarisi sayılan Astaranın inkişafında əməyi olan hər kəsə, bu layihəmizə sərmayə qoyan bütün iş adamlarına minnətdarlığımı bildirirəm. Mən, Cənab prezident İlham Əliyevə bu gözəl layihəni uğurla bitirməyə söz vermişəm. Allahın köməkliyi ilə yaxın zamanda Astaranı gözəl bir turizm bölgəsinə çevirəcəyik”.

İş adamının dediyinə görə, Xırdalandan fərqli olaraq bu kompleksdə ev alan sakinlər ona şikayət etmirlər:

“Hətta mənim adımı belə çəkmirlər. Çünki “Marisel residence”, “Sahil residence”, “Deniz residence”, “Boulevard residence” və s. komplekslər iş adamlarının öz adları ilə inşa edilib. İdman kompleksləri isə “Zirvə” klubları tərəfindən inşa edilib. “AAAF park Xırdalan”da biz bunu edə bilmədiyimizə görə hamının problemləri bizim üzərimizə qaldı. Allahın köməkliyi ilə bütün AAAF layihələri bundan sonra da uğurla həyata keçiriləcəkdir”.

Sonda isə T.Heydərov onun sahibkarlıq fəaliyyətinə əngəl yaradan məmurlara müraciət edib: “Bizə mane olan məmurlara söz verirəm ki, onları işdən çıxarılandan sonra utandırmaq üçün işlə təmin edəcəyik. Biz belə hadisələrlə əslində çox rastlaşmışıq. Əsas odur ki, həbs olunmayasınız, çünki o zaman sizlər üçün dua etməkdən başqa bir şey əlimizdən gəlməyəcək”.

Musavat.com

Bənzər yazılar

Back to top button