GündəmSiyasət

Toyvo Klaar Bakı və Yerevanı hərbi cinayətləri araşdırmağa çağırıb

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar sosial şəbəkələrdə yayılan videomateriallardakı hərbi cinayətlərin araşdırılmasına çağırıb.

“Bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib. Bundan əlavə, əsl günahkarlar araşdırılmalı və məsuliyyətə cəlb edilməlidir. Münaqişə hər iki tərəfdə dərin yaralar buraxıb və onları sağaltmaq üçün məsuliyyət lazımdır”, – Klaar oktyabrın 3-nə keçən gecə Twitter-də yazıb.

Bundan öncə, oktyabrın 2-də Klaar erməni tərəfdən ona daxil olan kadrlarla bağlı oxşar tvit yayıb.(Turan)

Bənzər yazılar

Back to top button