İqtisadiyyat

AZAL 232 min tibbi maska alır – Qiyməti…

“Azərbaycan Hava Yolları” Qapalı Səhimdar Cəmiyyəti (AZAL) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com-un məlumatına görə, tender müsabiqəsinin qalibi “Bakı Tekstil Fabriki” MMC olub. Müsabiqənin şərtinə görə “Bakı Tekstil Fabriki” MMC AZAL-a 231 min 500 ədəd tibbi maska (3 qatlı, rezin qulaqlı, birdəfəlik steril, düzbucaqlı) satacaq. AZAL isə tibbi maskalar üçün ümumilikdə 16 min 117 manat 3 qəpik (1 ədədi təxminən 7 qəpik) ödəyəcək.

Qeyd edək ki, nizamnamə kapitalı 547 min 863 manat olan “Bakı Tekstil Fabriki” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 MKR, ev 40, m 109-da yerləşir.

Bənzər yazılar

Back to top button