CəmiyyətGündəm

Vəhabi Krallığı bizə viza verməyi dayandırdı – Azərbaycanı koronavirus ölkəsi elan etdilər

Səudiyyə Ərəbistan Azərbaycan da daxil olmaqla, 22 ölkənin vətəndaşlarına turist vizasının verilməsini müvəqqəti olaraq dayandırıb.

Bu barədə “Xabar 24” Səudiyyə Ərəbistan Krallığının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, vizanın verilməsinin dayandırılmasına səbəb koronavirusunun yayılması təhlükəsidir.

Siyahıda Azərbaycandan başqa, Qazaxıstan, Özbəkistan, İtaliya, Yaponiya, Çin, İran, Koreya, Tailand, Malayziya, İndoneziya, Pakistan, Əfqanıstan, İraq, Filippin, Sinqapur, Hindistan, Somali, Vyetnam, Livan, Suriya, Yəmən ölkələri də yer alıb. Bəyanatda bu ölkələr koronavirusun yoluxma təhlükəsinin daha çox olduğu ərazilər kimi qeyd edilib.

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistan Məkkədə Ümrə ziyarətini dayandırıb. Həcc ziyarətinin də dayandırıla biləcəyi istisna edilmir.

Bənzər yazılar

Back to top button