Dünya

Pentaqon Ukraynaya onun üçün hazırlanmış pilotsuz sistem və ağır artilleriya göndərəcək

Cümə axşamı Pentaqon bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin tələbatının ödənilməsi üçün yeni “Phoenix Ghost” pilotsuz sistem hazırlayıb.

Ukrayna üçün yeni silah paketində 121 ədəd “Phoenix Ghost” pilotsuz uçuş aparatı, 72 ədəd 155 millimetrlik haubitsa və onlar üçün 144 min mərmi və onların yedəyə alınması üçün nəqliyyat var, Turan-ın Vaşinqton müxbiri bildirib.

Pentaqonun mətbuat katibi Con Kirbinin sözlərinə görə, “Phoenix Ghost” taktiki pilotsuz aviasiya sistemi Ukraynanın xahişilə hazırlanıb. “Bu dronlar “Switchblade” dronlarına yaxındır, lakin onlardan fərqlənir”, – o deyib, lakin dronların imkanlarını açıqlamayıb.

Onun sözlərinə görə, Ukrayna hərbçilərinin “Phoenix Ghost”dan istifadəsi üzrə təlimi Amerika öz üzərinə götürəcək.

Artıq ötən həftə Vaşinqton Ukraynaya 18 haubitsa və 40 000 mərmi göndərib. İndi ABŞ daha 72 haubitsa göndərəcək və onların sayı 90-a çatacaq.

Hazırkı yardım paketi ABŞ müdafiə naziri Lloyd Ostin və Ukraynanın baş naziri Denis Şmıqalın Pentaqonda keçirilən görüşünün nəticəsidir.

“Sizin dəstəyiniz bizim ayaqda qalmağımıza, düşməni dəf etməyimizə, hərbçilərimizin və dinc sakinlərini həyatını xilas etməyə kömək edir”, – Şmıqal deyib.

“Bu döyüşü qazanacağımıza heç bir şübhə yoxdur”, – o deyib. Ancaq buna daha tez son qoymaq üçün daha güclü və müasir silahlar lazımdır. O, , “bizim fasiləsiz odlu silah tədarükünə ehtiyacımız var” deyərək artilleriya, yaylım atəşli reaktiv sistemləri və digər sistemləri sadalayıb.

Öz növbəsində Ostin bildirib ki, Vaşinqton “bugünkü döyüşlər və sabahkı qələbə üçün” Ukraynanın mühüm tələblərini bundan sonra dəstəkləməyə davam edəcək.

“Mən bu günlərin Ukrayna üçün necə ağrılı olduğunu bilirəm. Rusiyanın amansız və ədalətsiz hücumunda sonra sizin xalqınız çox əziyyət çəkir. Ancaq öz müstəqilliyiniz və demokratiyanız üçün mübarizə apararkən dünya sizin cəsarətinizdən ruhlanıb. Siz tək deyilsiniz, ABŞ Ukrayna ordusu və onun xalqı ilə həmrəydir”, – Ostin deyib. (Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button