İdman

Martino uduzduqları oyunda Messini niyə oynatmayıb? – Özü dedi

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino MLS liqası çərçivəsində keçirdikləri matçda – “Monreal”la oyunda (2:3) Lionel Messinin niyə meydana çıxmadığının səbəbini açıqlayıb.

Fanat.az xəbər verir ki, Martinonun dediklərini sözügedən çempionatın mətbuat xidməti belə çatdırıb:

“Hələ bir neçə həftə öncə Messinin bu qarşılaşmada oynamayacağı ilə bağlı razılığa gəlmişdik. Neşvilldəki qarşılaşmanın nəticəsindən asılı olmayaraq ona istirahət verməliydik”.

Xatırladaq ki, bu, “İnter Mayami”nin cari mövsümdə ilk məğlubiyyəti olub.

Bənzər yazılar

Back to top button