Dünya

Britaniya Ukrayna əsgərlərinə təlim keçəcək

Müharibənin başlanğıcından bu yana ilk dəfə azsaylı Ukrayna əsgəri Britaniyada təlimlərə başlayıb.

Qaynarinfo “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Britaniya baş nazirinin sözcüsü məlumat verib.

Boris Consonun sözcüsu bildirib ki, ukraynalı əsgərlər Britaniyanın Ukraynaya verdiyi zirehli “Patrol” maşınları ilə təlimlərə başlayıblar.

Müharibənin başlanğıcından Britaniya Ukraynaya “Mastiff” və digər zirehli hərbi maşınlar, döyüş gəmisi, aviasiya və tank əleyhinə yüngül silahlar göndərib.

Britaniya hərbçilərinin ukraynalı əsgərlərə təlimi 2014-ci ildə Krımın işğalından sonra başlayıb.

Qeyd edək ki, Amerika hərbçiləri də hazırda Ukrayna əsgərlərinə houbitsa artilleriya qurğularından istifadəni öyrətmək üçün təlim keçirlər. Ukrayna əsgərlərinin bir qismi isə Polşada Britaniya hərbçiləri tərəfindən aviasiya əleyhinə yeni silahlardan istifadə qaydalarını öyrənmək üçün təlimə cəlb olunublar.

Bənzər yazılar

Back to top button