Hadisə

“Araz” açıqlama yaydı: “Surxay Əliyev Supermarketlər şəbəkəsinin əməkdaşı deyil”

İyunun 20-də Sabunçu rayonunu Maştağa qəsəbəsində yerləşən “Araz” Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb.

“Araz” Supermarketlər Şəbəkəsindən Qaynarinfo-ya verilən məlumata görə, iş saatından sonra baş vermiş hadisə nəticəsində Vüqar Hüseynzadə dünyasını dəyişib, Kənan Səlimov isə xəstəxanaya yerləşdirilib:

“Hadisəni törədən Surxay Əliyev “Araz” Supermarketlər Şəbəkəsinin əməkdaşı deyil. Qeyd edək ki, “Araz” Supermarketlər Şəbəkəsinin daxilində bəzi bölmələr icarə əsasında fəaliyyət göstərir. Şəbəkənin Maştağa filialında icarə müqaviləsi əsasında fəaliyyət göstərən dəniz məhsulları bölməsində çalışan Surxay Əliyev podratçı şirkətin əməkdaşıdır. Hadisənin hansı zəmində və nə səbəbdən baş verdiyi hələki məlum deyil. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq bölmələri tərəfindən araşdırma aparılır

“Araz” Supermarketlər Şəbəkəsi baş vermiş bədbəxt hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir. Hadisə nəticəsində dünyasını dəyişmiş Vüqar Hüseynzadənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, xəsarət alan digər əməkdaşımız Kənan Səlimova isə şəfa diləyirik”.

Bənzər yazılar

Back to top button