Dünya

Vahid Ələkbərov “Lukoyl”dan getmə səbəbini açıqladı

“Lukoyl”un prezidenti Vahid Ələkbərov şirkətdən getmə səbəbləri barədə danışıb.

Yeniavaz.com xəbər verir ki, V. Ələkbərov bu barədə “Rossiya-24” telekanalına müsahibəsində deyib. O bildirib ki, “Lukoyl”dan uzaqlaşmasına səbəb ona qarşı Böyük Britaniya və Avstraliya tərəfindən tətbiq edilən şəxsi sanksiyalar olub:

“Hamı bilir ki, mənə həm Britaniya, həm də Avstraliya sanksiyalar tətbiq edib. Bu, şirkətin inkişafına mane olur. Sanksiyalar “Lukoyl”un özünə aid deyil, onlar şəxsən mənə aiddir. Ona görə də şirkətin fəaliyyətindən uzaqlaşmaq qərarına gəldim. Bu gün nə şirkətin prezidenti, nə idarə heyətinin, nə də direktorlar şurasının üzvüyəm”.

Bənzər yazılar

Back to top button