Siyasət

Moskva prospektinin adı dəyişəcək?!

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə qarşı Azərbaycan cəmiyyətinin etiraz səsinə çevrilən Demokartiya Naminə Ukraynaya Dəstək Platforması Moskva prospektinin adının dəyişdirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Müraciətdə deyilir: “Ukrayna xalqının işğalçı Rusiya ordusuna qarşı qəhrəmancasına müqavimətini bütün dünya heyranlıqla izləyir. Günlərdir mühasirədə olan Mariupol şəhərində isə ukraynalılar rus faşizminə qarşı dirəniş tarixinin qızıl səhifələrini yazırlar.

Rusiya hərbi hava qüvvələri 400 mindən artıq insanın yaşadığı bu şəhəri gecə-gündüz bombardman etməkdədir. Artıq 2000 nəfərdən çox insanın həlak olduğu bildirilir.

Bu insanların ölümünə səbəb olan fərman Moskva şəhərində imzalanıb. Uzun illər işğal acısı yaşamış və bu savaşda minlərlə vətəndaşını itirmiş Azərbaycanın paytaxtında Moskvanın adını daşıyan prospekt və küçə olmamalıdır.
Demokartiya Naminə Ukraynaya Dəstək Platforması Moskva prospektinin adının dəyişdirilərək Mariupol prospekti adlandırılması tələbilə Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova müraciət etmək qərarına gəlib”.
Müraciətin sonunda bu təklifi dəstəkləyənlər müraciətə qoşulmağa dəvət olunur.

Müraciətin yayılmasından sonra sosial şəbəkədə vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb və ciddi dəstək qazanmağa başlayıb.

Bənzər yazılar

Back to top button