İdman

Messi 11-ci çempionluğunu qazandı

Argentina millisinin və Fransanın PSJ klubunun superulduzu Lionel Messi növbəti titulunu qazanıb.

Fanat.az xəbər verir ki, 34 yaşlı hücumçu Paris klubunun heyətində Liqa 1-in qızıl medallarına yiyələnməklə karyerasında 11-ci çempionluğunu əldə edib.

Ətraflı
Təcrübəli forvard buna səfərdə səfərdə “Lans”la 1:1 hesablı heç-heçə etdikləri XXXIV tur matçından sonra nail olub. Bu, həmçinin Messinin İspaniya “Barselona”sından fərqli komandada qazandığı ilk çempionluq tituludur.

Ulduz futbolçu daha öncə 2004/2005, 2005/2006, 2008/2009, 2009/2010, 2010/2011, 2012/2013, 2014/2015, 2015/2016, 2017/2018, 2018/2019 mövsümlərində İspaniya Primerasının qalibi olub.

Bənzər yazılar

Back to top button