Siyasət

Çavuşoğlu ermənilərə “Bozqurd” işarəsi ilə cavab verdi – VİDEO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Uruqvaya səfəri zamanı bir qrup erməni təxribata əl atıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə paytaxt Montevideoda baş verib. Belə ki, Çavuşoğlu buradakı Türkiyə səfirliyindən çıxarkən bir qrup erməni etirazçı səfirliyin qarşısındakı parka toplaşaraq Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirib.

Çavuşoğlu isə şüarlar səsləndirən etirazçılara əyləşdiyi avtomobilin pəncərəsindən “Bozqurd” işarəsi göstərərək cavab verib.

Qeyd edək ki, Uruqvayla iki mühüm sənədə imza atan Çavuşoğlu daha sonra bu ölkənin xarici işlər naziri Fransisko Bustillo ilə də birgə mətbuat konfransı keçirib.

Bənzər yazılar

Back to top button