GündəmHadisəManşet

Lerik meşələrini məhv edirlər: Nazir müavini, direktor və meşəbəyi tandemi iz itirməyə çalışır (FOTO)

Nadir agac növləri ilə zəngin Lerikin Razvandaband meşəbəyliyinin 21 a saylı dolayında kütləvi qırıntılar qeydə alınıb.

Sakinlər tərəfindən AzToday.az-a göndərilən fotolardan görünür ki, ekologiyanı qorumalı olan səlahiyyətli şəxslər merkantil maraqlarını təmin etmək üçün meşələri məhv edirlər.

Şikayətçilərin sözlərinə görə, əsasən işlik materiallar satmaq məqsədilə kəsilən agacların kötükləri iz itirmək üçün palçıq və ya mal peyini ilə qaraldılıb. Həmçinin, agacı işlik material halına salınan yerlər isə yandırılır. Burada əsas məqsəd şikayət olduğu halda kəsilən agacların köhnə olmasını qeydə aldırmaqdır. Bu “taktika”, əslində korrupsiya fəndi hələlik özünü doğruldur. Çünki Ekologiya Nazirliyindən gələn yoxlamalar bu faktları görməzdən gəlir.

İlginc məqamlardan biri isə odur ki, sözügedən 21 a saylı meşə dolayının gözətçisi Razvandaband meşəbəyliyinin meşəbəyisi Tərlan Qəribovun qardaşı Hidayət Qəribovdur. O xeyli müddətdir ki, 21 a saylı dolaya gözətçilik edir. Görünür, meşəbəyi qardaşının onu qoruya biləcəyindən əmindir.

Lerik sakinləri meşələrin kütləvi məhv olunmasının arxasında Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Aqil Babaşovu, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müavini Vüqar Kərimovun dayandığını iddia edirlər. Əks təqdirdə meşələri məhv edən ekologiya işçilərinin sərt şəkildə cəzalandırılacağını bildirirlər.

Bənzər yazılar

Back to top button