Bizim seçimSiyasət

“Ostap Bender” kimi “böyük kombinator” olan trolbaşının 60 illiyinə

Əli Həsənova “dövlət adamı” deyib minlərlə şəhidin qanı bahasına qurulan dövlətimizi təhqir etməyin!

Bu gün Əli Həsənovun 60 illik yubileyi qeyd olunur. Taleyin bir ironiyasıdır ki, bu adam Azərbaycanda teatr günü qeyd edildiyi bir gündə dünyaya gəlib. Bu adam son 20 ildə Azərbycan mətbuatını «absurd teatr» tamaşasına çevirib, onun rejissorluğu ilə Azərbaycan mediasının səhnəsində pyes, dram yox, əsl faciə oynanılıb. Televiziya və radioları, agentlikləri, qəzetləri, saytları öz nəzarətinə keçirən Əli Həsənov mediamızı rəzil günə qoyub. Bu faciəyə tamaşa edənlərin bəziləri onun bu hakimi-mütləqiyyətinin sonsuzluğuna inanıblar, ona görə qorxublar, çəkiniblər. Amma bəndəniz də daxil olmaqla son illərdə ondan qorxmayan yalın əllə də olsa, çarpışan, vuruşan jurnalistlər də olub. Bəzilərini şərləyib həbsxanalara atdırsa da, mediamızı rəzil günə qoyan bu adamın işləklərini ortaya çıxanlar tapılıb.

Hacı Zeynalabdin Tağıyev və Əlimərdan bəy Topçubaşovun adı ilə bağlı olan “Kaspi” qəzetinin adını oğurlayıb “media maqnatı” olan, daha sonra Fətullah Gülənin liseylərini ələ keçirib özəl təhsil sahəsində söz sahibi olan Əli Həsənovun ad günü münasibətilə ona sadiq olan trollar ayın 9-dan mədhiyyələr düzməyə başlayıblar. Gör bu mədhiyyyəçilər Əli Həsənovun onlara ayırdığı vəsaitdən nə qədər pul yeyiblər ki, bu vəziyyətdə belə onu müdafiə etməkdən boyun qaçırmaq iqtidarında deyillər?

Maraqlı olan digər məqam odur ki bu adam o qədər nifrətə layiqdir ki, onun ən yaxın hesab etdikləri insanlar belə onun törətdiyi haqsızlıqlardan deyil, yalnız onun nə vaxtsa dövlət məmuru olmasını əsas gətirərək “dəyərli dövlət xadimi” olduğunu yada salmağı daha üstün tuturlar.

Amma onlar sadə bir həqiqəti başa düşmürlər ki, bu adam dövlətə, bəşəriyyətə zərər yetirən insan olub. Bu adam Ramal Hüseynovun qismində yüzlərlə jurnalisti işsiz qoyub, onların karyerası, gələcəyi ilə oynayıb. Ona görə bu adam hər hansı lənətə layiq biridir.

Bu adam haqqı ola-ola bir çoxlarının Prezidentin hədiyyəsi olan mənzillərin alınması qarşısında sədd çəkənlərdən biri olub. Əvəzində ona xidmət edən, hətta onu şantaj edən, ya da özünü öldürmək kimi absurd hədələri nəzərə alaraq bir çox layiqsizə “jurnalist” adı ilə ev verilməsini təmin edən biri olub.

Bu adam özünün dövlət başçısından da üstün tutub. Ölkə prezidenti haqqında tənqidlərə dözümlü yanaşıldığı bir dövrdə sırf Əli Həsənova qarşı bir neçə cümlə yazı yazdığına görə qəzetləri bağlatdıraraq, saytları bloklayaraq, bəzilərini işdən qovduraraq neçə-neçə ailənin çörəyinə bais bir şəxs olub. Bu adam onun maraqlarına uyğun hərəkətdən boyun qaçırdığına görə çoxlarını uşaqlarını ac qoyan bir şəxs olub.

Bu adama “dövlət xadimi”, “dövlət adamı” deyənlər sadəcə layiq olmadıqları halda onun hesabına fəxri adlar, mənzillər aldıqlarına görə onu müdafiə etməyi özlərinə borc bilənlərdir. Yəni bu adam olmasaydı, onlar Azərbaycan jurnalistikasında nəinki 255 nəfərin siyahısına, heç 1255 nəfərin siyahısına da düşə bilməyəcək insanlar idi.

Bu adam son 20 ildə çoxlarını taleyi ilə oynayıb, onun qılıncının altından keçməyənləri nəinki jurnalistikadan didərgin salıb, onların ölkəni tərk etməsinə səbəbkar olub. Körpə uşaqları ilə yad ölkələrə üz tutan neçə-neçə siyasi fəalın, jurnalistin ona qarşı nifrəti ölənə qədər davam edəcək.

60 illiyini təmtəraqla qedy edilən Əli Həsənovun dünyaya gəldiyi tarixi düzgün qeyd etdiklərini sübut etmək üçün anadan olduğu kənddən çox sayda şahid lazım olacaq ki, bu da çox uzun məsələdir. Dəqiq olan odur ki, Şərurun Tənənəm kəndində anadan olan bu adam regionçuluqla bərabər özü kimi şəxsləri mükafatlandırmaqla daha çox tanınır.

Bu adam sifarişlə xaricdə dövlət başçısına söyüş kampaniyasına rəvac verən, daxildə isə trolları səfərbər edib onlara cavab verməyə məcbur edən “Ostap Bender” kimi  “böyük kombinator” olub.

Bu adam Azərbaycan jurnalistikasını kor qoyan əsas sima olub. Bu adama “dövlət adamı” deyib minlərlə şəhidin qanı bahasına qurulan dövlətimizi təhqir etməyin.

Bu adam “dövlətin adamı” deyil, əksinə küçə psxologiyası ilə jurnalistikamızı pis günə qoyub. Onun səfərbər etdiyi trollar indi cəhətlərini səhv salıblar. Onun siyasətimizə, jurnalistikamıza vurduğu yaranın izlərinin qaysaq bağlaması üçün bizə illər yox, bəlkə yarım əsr lazım gələcək.

Ona görə də bu adam törətdiyi cinayətlərin cəzasını almalıdır…

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button