GündəmManşetSiyasət

XİN: “Bayrağımızın Ermənistan ərazisində qaldırılması iddiası əsassızdır” – Foto

Xarici İşlər Nazirliyi Azərbaycan bayrağının Ermənistan ərazisində qaldırılması iddiasına cavab verib.

Bu barədə Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə yazıb.

“Dünən Laçın Sərhəd Məntəqəsində – Həkəri körpüsündə Azərbaycan bayrağı öz suveren ərazimizdə qaldırılarkən Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçularına atəş açılıb.

Bu körpü yaxın zamanda Azərbaycan tərəfindən tikilib və bayrağın Ermənistan ərazisində qaldırılması iddiası əsassızdır”, – A. Hacızadə qeyd edib.

Bənzər yazılar

Back to top button