Cəmiyyət

Sabah Bakıda küləkli, dağlıq ərazilərdə yağıntılı hava gözlənilir

Sabah, mayın 5-də Bakıda və Abşeron yarımadasında əsasən hağmursuz hava şəraiti, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var, mülayim cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-22° isti olacaq.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz, gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var olacaq.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10°, bəzi yerlərdə 15° isti olacaq.

Bənzər yazılar

Back to top button