Dünya

Jirinovskidən qəribə təklif: “30 yaşa qədər ruslar heç nə başa düşmürlər…”

Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski uşaqlıq yaşının 30-a qədər qaldırılmasını təklif edib. Onun sözlərinə görə, çünki 30 yaşa qədər ruslar heç nə başa düşmürlər.

Qaynarinfo xəbər verir ki, siyasətçi bu açıqlamasını Beynəlxalq Uşaq Gününə həsr edib. Eyni zamanda, Jirinovski yaşı 70-dən yuxarı olanların yaşlı nəsli hesab edilməsini istəyib. O, Rusiyanın gələcəyi ilə bağlı ümidini indi yaşı 35-dən yuxarı olanlara bağladığını bildirib.

Xatırladaq ki, 2020-ci ildə Rusiyada gənclik yaşı 35 yaşa qaldırılıb. 2019-cu ildə pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 60 yaşa qədər uzadılıb.

Bənzər yazılar

Back to top button