Hadisə

“EuroHome”dakı yanğınsöndürənlərlə bağlı görüntülər yayıldı (VİDEO)

Xəbər verdiyimiz kimi bu gün Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” ticarət mərkəzində güclü yanğın olub.

Qaynarinfo yanğının söndürülməsi zamanı FHN-in yarıtmaz fəaliyyəti və hadisə yerinə hazırlıqsız gəlməsini əks etdirən görüntülər əldə edib.

Videoda göründüyü kimi hər il dövlət büdcəsindən kifayət qədər pul ayrılan Fövqəladə Hallar Nazirliyinin su boruları yararsız vəziyyətdədir. Davamında isə FHN əməkdaşının yarıtmaz işi əks olunub. O, suyu yanğın baş verən yerə deyil, tamamilə başqa nöqtəyə tuşlayıb.

Qeyd edək ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev verdi açıqlamada yanğının söndürülməsi zamanı su problemi yaşandığını ifadə etmişdi.

Bənzər yazılar

Back to top button