Dünya

Ərdoğan Putinə haqq qazandırdı: “Avropa əkdiyini biçir…” (VIDEO)

“Avropa əslində əkdiyini biçir. Avropanın cənab Putinə (Rusiya Prezidenti Vladimir Putin – red.) qarşı münasibəti, sanksiyaları, istər-istəməz Putini də onlara qarşı “siz belə edirsinizsə, mən də belə edəcəm” nöqtəsinə gətirib. Putin də əlindəki bütün imkan və silahlarını istifadə etməkdədir. Bunların da ən önəmlisi təbii qazdır”.

Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə brifinqdə deyib.

“Təəssüflər olsun ki, istəməsək də, Avropada belə bir vəziyyət yaranır. Düşünürəm ki, Avropa bu qışı ciddi sıxıntılarla keçirəcək. Bizim belə bir sıxıntımız yoxdur”, – Ərdoğan bildirib.

Bənzər yazılar

Back to top button