Siyasət

ABŞ-ın missiya başçılarının regional konfransı Bakıda keçiriləcək

ABŞ Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə Köməkçisinin Müavini Erika Olson Azərbaycan rəhbərliyi ilə görüşmək üçün Bakıya səfər edəcək.

ABŞ-ın Bakıdakı Səfirliyinin saytında yer alan məlumata görə, o, həmçinin 27-28 aprel tarixlərində ABŞ səfiri ilə birlikdə missiya rəhbərlərinin regional konfransında iştirak edəcək. Sözügedən konfransda ABŞ-ın Azərbaycandakı Səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı Səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı Səfiri Linn Treysi, USAİD təşkilatının Administratorunun Köməkçisinin Müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə İcraçı Koordinatoru Qreq Naarden, və Qavqaz Dadışıqlarına dair Baş Məsləhətçi Endryu Şofer iştirak edəcək. (Turan)

Bənzər yazılar

Back to top button