Siyasət

London Azərbaycanda yeni səfirinin adını açıqlayıb

Bazar ertəsi Böyük Britaniya XİN (Xarici işlər, Birlik və inkişaf məsələləri üzrə ofis) Azərbaycandakı yeni səfirin adını açıqlayıb.

Avqustdan etibarən Ferqus Old səfir vəzifəsində Ceyms Şarpı əvəz edəcək.

Rəsmi press-relizdə deyilir ki, ötən il ərzində Old Azərbaycan dilini öyrənib.

1999-cu ildən etibarən karyeraya malik diplomat olan Old Cənub-Şərqi Asiya ölkələrində (Hindistan, Bankqok, Tayland) işləyib, XİN-də bir sıra rəhbər vəzifələri tutub, həmçinin Britaniyanın Moskvadakı səfirliyinin siyasi müşaviri vəzifəsində işləyib. (Turan)

Bənzər yazılar

Back to top button