Dünya

Kiyevin meri Hamburqda 6 milyon dollarlıq malikanə aldı

Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko Hamburqda qiyməti 227,6 milyon qrivnadan (təxminən 6 milyon dollar) çox olan malikanə alıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə şəhər rəhbərinin bəyannaməsinə istinadən “Strana” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Kliçko bu evi 2023-cü il dekabrın 20-də qardaşı Vladimirə məxsus olan və ABŞ-də qeydiyyatdan keçən “Maksimum I” şirkətindən borc əvəzinə alıb və həmin ilin mayından Kiyev merinin mülkiyyətinə keçib.

Malikanənin sahəsi 750 kv.m-dir.

“Strana” Kliçkonun Hamburqdakı malikanəni hələ mer olmamışdan əvvəl aldığını və Kiyevin meri kimi karyerasına başlamazdan əvvəl bu barədə məlumat verdiyini yazıb.

Alman mətbuatının yazdığına görə, ev Otmarşen Parkı ərazisində yerləşir.

Bənzər yazılar

Back to top button