Hadisə

Gənclər və İdman Nazirliyində yoxlamalar aparılacaq

“Bu il Gənclər və İdman Nazirliyində “Tokio-2020” Yay Olimpiya Oyunlarına və federasiyalara ayrılan vəsaitin auditi aparılacaq”.

AzToday.az “report”a istinadla xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, xarici ticarət fəaliyyəti iştirakçıları üzərində gömrük nəzarətinin təşkili vəziyyətinin araşdırılması da planlaşdırılır.

Bənzər yazılar

Back to top button