Hadisə

130-dan çox bələdiyyə sədrinin işi məhkəmələrə göndərildi

2019-cu ildə 80 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 2 800-ə yaxın akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 7 000 hektardan çox torpaq sahəs geri qaytarılıb.

AzToday.az xəbər verir ki, bu barədə Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov Ədliyyə Nazirliyində regional ədliyyə idarələri rəislərinin və aidiyyəti məsul işçilərinin iştirakı ilə keçirilən videokonfrans formatında müşavirədə məlumat verib.

Bildirilib ki, pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

İnzibati nəzarət zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınmasına önəm verilərək bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 9 200-dən artıq tövsiyə göndərilib.

Bənzər yazılar

Back to top button