Siyasət

Prezident İlham Əliyev: “Ermənistan kommunikasiyaların açılması üzrə işləri ləngidir”

Çərşənbə axşamı Bakıda prezident İlham Əliyevlə Rusiya baş nazirinin müavini Aleksey Overçukun görüşündə kommunikasiyaların açılması üzrə Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli komissiyasının qarşıdakı fəaliyyəti diqqət mərkəzində olub.

Rəsmi məlumata görə, Əliyev qeyd edib ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun 60 kilometrlik hissəsi artıq tikilir. İşlər 2023-cü ildə başa çatdırılacaq.

Avtomobil yoluna gəldikdə, burada da işlər cədvəl üzrə gedir.

“Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, bununla bağlı Ermənistandan heç bir cavab gəlməyib”, – Əliyev vurğulayıb.

Görüşdə ticari-iqtisadi, nəqliyyat, tranzit, logistika, maliyyə, bank, energetika, neft-qaz sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Bənzər yazılar

Back to top button