Dünya

“Nüvə müharibəsi təhlükəsi ciddidir” – LAVROV HƏDƏLƏDİ

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Rusiyanın dövlət telekanalına müsahibəsinbdə deyib ki, hazırda nüvə müharibəsi təhlükəsi güclüdür və bu təhlükəni lazımınca qiymətləndirməmək olmaz.

O, qeyd edib ki, Moskvanın prinsipial mövqeyi nüvə müharibəsinin yolverilməzliyidir: “Bu, bizim prinsipial mövqeyimizdir. Biz bundan çıxış edirik. Mən heç istəməzdim ki, sizin çox hörmətli politoloqlara istinadən haqqında danışdığınız bu təhlükə süni şəkildə qızışdırılsın. Bunu arzu edənlər çoxdur. Təhlükə ciddidir, realdır və onu qiymətləndirməmək olmaz”.

Rusiya XİN-in başçısı bildirib ki, Qərb ölkələri Ukraynanı silahla təchiz etməklə, əslində Rusiyaya qarşı proksi müharibə aparırlar.

“AzPolitika.info”

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button