Siyasət

Spikerdən “ölkədə savadsızlıq tüğyan edir” deyən deputata REAKSİYA

Milli Məclisdə peşə təhsili müəssisələrində təhsil alan şəxslərə hərbi xidmətə çağırışdan möhlət verilməsi təklif edilib.

AzToday.az “qafqazinfo”ya istinadla xəbər verir ki, belə bir təkliflə Milli Məclisin deputatı Etibar Əliyev çıxış edib.

O vurğulayıb ki, peşə məktəblərində təhsil alan şəxsləri tədris prosesinin ortasında hərbiyə çağırırlar: “Onların böyük bir hissəsi hərbi xidmətdən geri qayıtdıqdan sonra təhsilini davam etdirmirlər”.

Deputat qeyd edib ki, Təhsil Nazirliyi yanında Peşə Agentliyi yarandıqdan sonra peşə təhsilinin inkişafına müəyyən təkan verilib: “Lakin bir müddət sonra durğunluq yarandı. Belə ki, altı il ərzində agentliyin 5 direktoru dəyişib. Bu idarəetmədə ciddi boşluqların yaranmasına səbəb olub. Bu il 11-ci sinif olan 92 673 şagirddən 23 650 nəfər 0-50 arasında bal toplayıb. Ölkədə savadsızlıq tüğyan edir. Fərz edək bu şəxslər peşə məktəbinə üz tutdular, onda orada necə təhsil alacaqlar?”

Milli Məclisin sədri Sahiba Qafarova deputatın Azərbaycanda savadsızlığın tüğyan etməsinə dair fikri ilə razılaşmayıb.

Bənzər yazılar

Back to top button