Cəmiyyət

Azərbaycanda hava haqqında yeni sayt

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava haqqında operativ məlumat vermək üçün yeni meteo.az saytını yaradıb. Bu barədə bugünki mətbuat konfransında Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, meteo.az saytı Azərbaycan əhalisinə və arzu edən hər kəsə gözlənilən hava şəraiti haqqında doğru məlumat almaq imkanı verəcək.

Saytda faktiki hava şəraiti haqqında məlumat, Bakı, ölkə regionları üzrə həftəlik hava təxmini yer alacaq.

100 ildən çox müşahidə dövrünü əhatə edən meteoroloji məlumatlar əsasında rekord qiymətlər – temperaturun mütləq maksimum və minimumu haqqında məlumat yerləşdiriləcək.

Həmçinin, fermerlər üçün aqrometeoroloji icmallar, tibbi-meteoroloji təxminlər və meteohəssas insanlar üçün xəbərdarlıqlar, ölkənin avtomobil yolları üzrə meteoroloji məlumatlar, yay dövründə isə çimərliklərlə bağlı meteoroloji məlumatlar təqdim ediləcək.

İlin soyuq dövründə saytda qış kurortlarında şərait haqqında məlumat yerləşdiriləcək.

Görmə problemi olan insanlar üçün səsli proqnozlar təqdim ediləcək.

Bənzər yazılar

Back to top button