Hadisə

Məhkəmədən Xədicəylə bağlı qərar: Ata qohumları apelyasiya şikayəti verdi

Ötən ilin oktyabr ayında Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində hər iki valideynini itirmiş az yaşlı Şahnəzərli Xədicə Röyal qızı məhkəmnin qərarı ilə ana nənəsi Ağayeva Sevinc Bayram qızının himayəsində yaşamasına verilib.

Xədicənin ana babası Nizami Ağayev Qaynarinfo-ya bildirib ki, azyaşlı hazırda onların himayəsində qalır: “Məhkəminin hökmündən narazı qalan, Xədicənin ata qohumları da onu qəyyumluğa götürmələri üçün Gəncə Apelyasiya Məhkəməsinə şikayət ediblər. Məhkəminin nə vaxt keçiriləcəyi ilə bağlı hazırda məndə məlumat yoxdur. Ata qohumlarına Xədicəni görmək üçün hər şəraiti yaratmışam. Onlara deyirəm ki, nə vaxt istəyirsinizsə gəlin, görün. Bununla belə, bomba nəticəsində dağılan Xədicənin ata evi hələlik yenisi ilə əvəz olunmayıb. Mənə deyildi ki, yeni 4 otaqlı ev təmir ediləcək və orada Xədicəyə də yaşamaq hüququ veriləcək”.

N.Ağayev həmçinin Xədicənin təhsilindən də söhbət açıb: “Xədicə Samuxda yaşadığımız evin yaxınlığında bağçaya gedir. Elə burada da təhsil alacaq. Kimya üzrə Nobel mükafatçısı, Türkiyə əsilli Əziz Sancar nəvəmin təhsili ilə bağlı müəyyən qədər vəsait ayırıb. Buna görə məni çağırdılar. Gedib bankda sənədə qol çəkdim. Həmin vəsait Xədicəyə 16 yaşdan sonra veriləcək”.

Bənzər yazılar

Back to top button