Cəmiyyət
“AMEA-nın hüquqi statusu dağınıqdır” – Vitse-prezident
“AMEA dövlət büdcəsinə maliyyələşir, amma bir sıra dövlət orqanlarına tətbiq olunan qanunlar və normativlər AMEA-ya tətbiq olunmur”.
APA xəbər verir ki, bu sözləri AMEA vitse-prezidenti Rasim Əliquliyev Ümumi yığıncaqda deyib. Onun sözlərinə görə, AMEA-nın hüquqi statusu dağınıqdır:
“Əgər sözügedən qanunlar AMEA-ya tətbiq olunsaydı, nazirlik aparatlarında 70-ə yaxın elmi işçi olmasına baxmayaraq, AMEA mərkəzi aparatında 400-ə yaxın işçi olmazdı”.