İdman

Daha bir ölkə çempionatı erkən başa vurdu

Meksikada 2019/20 mövsümünün vaxtından əvvəl başa vurulmasına qərar verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyası qərar qəbul edib. Buna səbəb koronavirus pandemiyası olub. Beləliklə, ölkədə həvəskarlar da daxil olmaqla bütün liqalarda yarışlar vaxtından əvvəl yekunlaşdırılıb.

Həmçinin növbəti altı mövsüm üçün liqalarda komandaların sayının artırılması və azaldılması dayandırılıb.

Xatırladaq ki, bundan əvvəl Niderlandda çempionatın erkən yekunlaşdırılması barədə qərar verilib.

Bənzər yazılar

Back to top button