Hadisə

“Gömrük Komitəsi ilə problemlər yaşayırıq” – AMEA-nın akademiki

“Azərbaycan elminin inkişaf strategiyası hazırlanmalıdır”.

“Report” xəbər verir ki, bunu akademik Akif Əlizadə deyib.

“Sanki 2015-ci ildən sonra inkişaf strategiyası dayanıb. Cihazların alınmasında çətinliklər var. Biz Dövlət Gömrük Komitəsi ilə problemlər yaşayırıq. Həmin cihazlar gömrük rüsumundan azad edilməlidir. Çünki bəzən cihazın qiymətindən 40 faiz artıq rüsum veririk. Yəni, elmin inkişafı üçün cihazların alənmasında çətinliklər çəkirik”, – o, əlavə edib.

Bənzər yazılar

Back to top button