İdman

Poçettino Qvardiolanın əlini sıxmadı, “Siti”dən şikayət etdi

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının 12-ci turunda ” Mançester Siti” ilə matçdan sonra rəqibin baş məşqçisi Xosep Qvardiolanın əlini sıxmayıb.

Qol.az xəbər verir ki, Londonda “Stemford Bric” stadionunda keçirilən görüş 4:4 hesabı ilə başa çatıb.

Qarşılaşmadan sonra Poçettino Qvardiolanın əlini sıxmayıb, əksinə, “şəhərlilər”in çıxışından şikayət etmək üçün hakimlərin yanına gedib.

Qeyd edək ki, “Çelsi” hazırda 16 xalla İngiltərə çempionatının turnir cədvəlində 10-cu yerdədir. “Mançester Siti” isə 28 xalla turnir cədvəlinə liderlik edir. Növbəti turda “Çelsi” “Nyukasl” ilə, “Mançester Siti” isə “Liverpul”la qarşılaşacaq. Hər iki qarşılaşma milli komandaların oyunları ilə əlaqədar beynəlxalq fasilədən sonra – noyabrın 25-də keçiriləcək.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button