Dünya

Qazaxıstan Çinlə bütün əlaqələri dondurur – QƏRAR

Qazaxıstanda ölkə hökuməti yanında idarələrarası komissiya Çin vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərar qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu qərar koronavirusun respublikada yayılmasının qarşısını almaq üçün qoruyucu tədbirlər paketi çərçivəsində tədbir olaraq nəzərdə tutulub.

Bundan əlavə, Qazaxıstan hökumətinin saytında bildirilir ki, yanvarın 29-dan etibarən bu respublika ilə ÇXR arasında sərnişin avtobuslarının hərəkəti dayandırılıb. Fevralın 1-dən sərnişin qatarları, 3 fevraldan isə müntəzəm hava hərəkəti dayandırılacaq.

Yanvarın 29-na olan məlumata görə, Qazaxıstanda koronavirus infeksiyası halları qeydə alınmayıb.

Bənzər yazılar

Back to top button