İdman

“Real”, “Barselona” və “Yuventus” ÇL-dən kənarlaşdırıla bilər

İspaniyanın “Real” və “Barselona”, İtaliyanın “Yuvetus” klubu 2023-2024 mövsümündə Çempionlar Liqasından kənarlaşdırıla bilərlər.

Qol.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Bu klublar Superliqa yaratmağa cəhd göstərdikləri üçün 15 milyon avro cərimə olunublar. Onların bu cəzanı ödəməyəcəyi təqdirdə sözügedən cəzaya məruz qalacaqları bildirilib.

Xatırladaq ki, 12 komandanın iştirakı ilə Superliqa aprelin 19-da yaradılsa da, iki gün sonra 9 klub yarışdan çıxdığını açıqlamışdı. “Real”, “Barselona” və “Yuventus”uN isə yenidən turnirə başlamaq imkanını müzakirəyə çıxardığı haqda xəbərlər yayılmışdı.

Bənzər yazılar

Back to top button