Cəmiyyət

Rəsmi Bakıdan İsveçdə Quranın yandırılmasına – Reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi İsveçdə Quranın yandırılmasını pisləyib.

Bu barədə XİN-in Tvitter hesabında paylaşım edilib bildirilib.

“İsveçdə Quranın yandırılmasının şiddətlə qınayırıq. Biz hakimiyyət orqanlarını cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və bu cür cinayətlərin təkrarlanmasının qarşısını almağa çağırırıq”, – paylaşımda bildirilib.

Qeyd edək ki, Rasmus Paludan adlı şəxs yanvarın 21-də İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi qarşısında Qurani-Kərimi yandırıb.

Bənzər yazılar

Back to top button