DünyaXəbərlər

ŞOK! Türkiyə ordusunda düşmənin ürəyinə vəlvələ salan kamikadzelər

Türkiyə silah sənayesi böyük uğura imza ataraq kamikadze uçan pilotsuz aparatlar (PUA) hazırlamağa başlayıb. AzToday.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırlıq mərhələsində olan bu PUA-lardən qrup şəklində istifadə edilərək düşmənə sarsıdıcı zərbə endirilməsi planlaşdırılır.

Yeni təyinatlı PUA-nın bu il keçiriləcək 13-cü Beynəlxalq Müdafiə Sənayesi sərgisində nümayiş ediləcəyi gözlənilir. Bu silahdan döyüş vaxtı, terrorla mübarizə zamanı və təhlükəsizlik əməliyyatlarında istifadə ediləcəyi bildirilir.

Hazırda test mərhələsində olan PUA-nın adı “Alpaqu”, “Karqu” və “Toqan” olacaq. Bildirilir ki, qədim türkcədə alpaqu, düşmənlə tək mübarizə aparan igid deməkdir.

Xüsusi dizaynı sayəsində çox yüngül olan “Alpaqu”nu bir əsgər 45 saniyə ərzində istifadəyə hazır vəziyyətə gətirə bilər.

Kamikadze hücumu ilə yanaşı “Alpaqu”dan kəşfiyyat və müşahidə məqsədi ilə də istifadə etmək mümkündür.

Bənzər yazılar

Back to top button