İdman

Ronaldonu rüsvay edən adam həbs olundu

Macarıstanın paytaxtı Budapeştdə haker Rui Pintu həbs olunub. İlk baxışdan adi xəbər təəssüratı yarana bilər. Əslində isə futbol dünyası üçün əhəmiyyətli xəbərdir.

Bizimyol.info xəbər verir ki, Rui Pintu “Wikileaks”in analoqu sayılan “Football Leaks”ın rəhbəridir. Pintu indiyə qədər futbol ictimaiyyətindən gizlin saxlanılan bir çox məlumatları əldə etməyi bacarıb. Müxtəlif müqavilələrin detalları, klubların ayrı-ayrı futbolçularla gizlin sövdələşmələri, agentlərin komissiya haqları. Kriştiano Ronaldonun gəlirlərinin bir hissəsini ofşor zona sayılan Vircin adalarında saxlamasını da Pintu üzə çıxarmışdı.

Rui Pintu

Bu dəfə cinayət tərkibli əməl törədib. Pintu vətəni Portuqaliyada məşhur yerli klubların – “Portu”, “Sportinq” və “Benfika”nın elektron sənədlərini ələ keçirməkdə ittiham olunur. “Football Leaks”ın rəhbəri yazışmaları, müqavilə şərtləri haqda məlumatları oğurlayıb. Pintunun ofisi Budapeştdə yerləşdiyindən, onu məhz Macarıstan paytaxtında həbs ediblər. Onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Pintu Ronaldoya tamam başqa xəbərlə ən böyük zərbəni vurmuşdu. “Football Leaks”ın rəhbəri Ronaldonun Ketrin Mayorqanı zorlamaqda ittiham edildiyi sənədləri ələ keçirərək yaymışdı.

Bənzər yazılar

Back to top button