Bizim seçimSiyasət

Hikmət Ağayev Lerikdə seçki təbliğatına başladı – İcra Hakimiyyəti namizədlərin görüşlərinə mane olmaq istəyir (FOTO)

78 saylı Lerik Seçki Dairəsində deputatlığa namizəd Hikmət Ağayev bu gündən seçki təbliğatına başlayıb.

Hikmət Ağayevin Seçki Qərargahından AzToday.az-a verilən məlumata görə, seçicilərlə ilk görüş Piran kəndində keçirilib. 70-80 nəfər seçicinin iştirak etdiyi görüşdə Hikmət Ağayev seçki platformasını açıqlayıb.

Bu arada AzToday.az-a daxil olan məlumata görə, Lerik rayon İcra Hakimiyyətinin müavini Cəlil Baxşiyev yerli icra nümayəndələrinə zəng edərək, namizədlərin seçicilərlə görüşünə mane olmaq tapşırığı verib.

Qeyd edək ki, Lerik rayon İcra Hakimiyyəti bütün inzibati resurslarını işə salaraq hakim partiyanın namizədi İqbal Məmmədovun yenidən deputat olmasına səfərbər edib.

 

Bənzər yazılar

Back to top button