Cəmiyyət

ETSN və FHN nümayəndələri Neftçalada aksiya iştirakçıları ilə görüşüblər

Dekabrın 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifəli əməkdaşları və Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini bir gün öncə Neftçala rayonunun Yenikənd (Mayak) kəndində keçirilən etiraz aksiyasının iştirakçıları ilə görüşüblər.

Görüş barədə Turan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti və Demokratiyaya Yardım Biliyinin (Salyan) sədri Emil Məmmədov bildiriblər.

Turan Yenikənddə balıqçıların etiraz aksiyası barədə “Neftçala rayonunun Mayak kəndində balıqçılar etiraz aksiyası keçiriblər” yazıda bildirib.

Məmmədov deyib ki, nazirliyin əməkdaşları Neftçala sakinlərini əmin ediblər ki, Kür çayının qollarından birində, çayın Xəzər dənizinə töküldüyü yerdə tikilən bənd dəniz balıqlarının çayda kürü tökməsinin dayanmasına və balıqçılığın səviyyəsinin enməsinə səbəb olmayacaq.

“Görüş Yenikənd məktəbinin akt zalında keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bildiriblər ki, bənd dəniz suyunun Kürə tökülməsinin qarşısının alınması üçün tikilir. Yerli sakinlər Fövqəladə Hallar Nazirliyinin bəndi çayın əsas hissəsində (Ana Kür) tikməsinə razıdır, eyni zamanda Kürün kiçik qolunda (Bala Kür) bənd tikintisinin əleyhinədir. Sakinlər deyiblər ki, Bala Kürün bağlanması sakinlər üçün yeganə balıq sənayesi olan balıqçılığın dayandmasına gətirib çıxaracaq”, – Məmmədov bildirib.

Qurumların nümayəndələri vəd ediblər ki, kiçik gəmilərin dənizdən çaya və geriyə keçməsi üçün çayda beşmetrlik sərbəst keçid qalacaq.

Məmmədovun sözlərinə görə, bəndin tikintisi Kürdə suyun durğunluğuna və ağcaqanadların sayının artmasına, Kürdə balıqların azalmasına səbəb olacaq. “Balıqlar Nefçtaladan yuxarı qalxmayacaqlar. Neftçalada bəndin yaxınlığında bütün balıqları yerli hakimiyyətə yaxın olan yerli balıqçılar ovlayacaqlar, Salyanda və yuxarı axarda isə balıq olmayacaq”, – sakin Məmmədov Turan-a deyib.

Qurumların nümayəndələri yaranmış problemlərin həlli yollarını tapmaq üçün sakinlərlə birlikdə müzakirələri davam etdirəcəklərini vəd ediblər.

Bəndin hündürlüyü çay səthindən 1 metr səviyyədə müəyyən edilib, – Kürdə çalışan iş icraçısı Turan-a bildirib.

Bənzər yazılar

Back to top button