GündəmSiyasət

“Bütün bunlar qeyri–qanunidir” – Prezident

“Bu cür ənənəvi görüşlər bizim planlarımızı və məqsədlərimizi, görülən işləri beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından çox əhəmiyyətlidir”.

AzToday.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

“Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktlarını həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Şuşa, Zəngilan və digər rayonların ərazilərinə ermənilərin köçürülməsi halları da olub ki, bütün bunlar qeyri–qanunidir”, – deyə dövlət başçısı əlavə edib.

Prezident qeyd edib ki, hazırda Azərbaycan öz maliyyəsi hesabına, həmçinin digər aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə genişmiqyaslı infrastruktur layihələri icra edir.

Bənzər yazılar

Back to top button