GündəmSiyasət

Qarabağ ermənilərindən “müsbət siqnallar” gəlir – İlham Əliyev

Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşları hesab edir, bu barədə cümə günü prezident İlham Əliyev bildirib.

“Ümid edirik ki, onlar da tezliklə başa düşəcəklər ki, Azərbaycan vətəndaşı olaraq bütün hüquq və azadlıqları əldə edəcəklər və onların təhlükəsizlikləri təmin ediləcək”, deyə Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” konfransının iştirakçıları ilə görüşündə bildirib.

O, əlavə edib ki, Qarabağ ermənilərindən “müsbət siqnallar daxil olur və artıq ilk əlaqələr başlayıb”.

Qarabağ erməniləri “Azərbaycan dövləti çərçivəsində iqtisadi cəhətdən inkişaf edə, özlərini təhlükəsiz və rahat hiss edə bilər”. Amma, ilk növbədə separatçı əhval-ruhiyyədən əl çəkmək və reallıqları qəbul etmək lazımdır”.

Əliyev həmçinin bildirib ki, yaxın günlərdə yüz minlərlə azərbaycanlı Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və ermənilər onlarla “qonşuluq mühitində” yaşamalıdır.

“Qarabağ erməniləri düşmənçiliyə son qoymalı, separatçıları təcrid etməlidir və bunun faydasını görəcəklər”, deyə o qeyd edib.

Bənzər yazılar

Back to top button