Cəmiyyət

Havada toz dumanı müşahidə olunub

Bu gün ölkə ərazisində transsərhəd çirklənmə müşahidə olunub.

Bunu AzToday.az-a Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan saat 19:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəcikləri Bakı şəhərinin Xətai və Nizami rayonlarında 1,1, Səbail rayonunda isə 1,2 dəfə normadan çoxdur. G.Abbasovanın sözlərinə görə, havada digər qaz qarışıqları norma daxilindədir.

Bənzər yazılar

Back to top button