İqtisadiyyat

Vasif Talıbov bu il şirkətlərinə 5 milyon manat güzəştli kredit alıb

Bu il Naxçıvanda 16 istehsal müəssisəsi və 104 yeni iş yerinin açıldığı bildirilir. Bu haqda Naxçıvan MR İqtisadiyyat Nazirliyi məlumat verir. Bu müəssisələr “NaxPlast” və “Saf Metal” MMC-lər tərəfindən açılıb. Bura Kəngərli rayonunda çaxır, Şərur rayonunda dondurma, mebel, ayaqqabı, Babək rayonunda mebel və plastik qapı-pəncərə istehsalı və. s aiddir. Sahibkarlığın İnkişafı Fondu bu məqsədlə həmin MMC-lərə 4 milyon 974 min manat güzəştli kredit də verib. Hər iki MMC-nin yerli hakim ailə Talıbovların nəzarətində olduğu bildirilir.

Sakinlər “Gündəlik Naxçıvan”a bildirirlər ki, yerli şirkətlərdə iş saatı çox, maaş isə azdır. Onlar deyir ki, Talıbovların nəzarətində olan müəssisələrdə işçilər cüzi maaş qarşılığında (300-350 manat) 16 saat işlədilirlər. Bunu qul əməyi sayan sakinlər, Türkiyədə gedib işləməyi daha üstün tuturlar.

Bənzər yazılar

Back to top button