Hadisə

“Məktəb direktoru öz qanunsuz əməlini gizlətmək üçün bizi aldatdı”

“İzahat aldı ki, guya onlayn sistemdən keçməmişik, uşağı özümüz məktəbdən çıxarmışıq”

Bir müddət öncə “Arqument.az”da Oğuzun Xaçmaz kənd 1 №-li tam orta məktəbinin direktoru Eyvaz Hacıyevlə bağlı rayondan göndərilən şikayət məktubu yayımlanmışdı.

Məktubda bildirilirdi ki, direktor ötən il IX sinif şagirdi Süleymanlı Əfsanə Araz qızını məktədən çıxarıb, amma bu barədə şagirdin ailəsinə heç bir məlumat verməyib.

Bu il yanvarın sonunda I yarımil qiymətləndirilməsi zamanı məlum olub ki, şagirdin adı jurnalda yoxdur.

Məhz şagirdə qiymət yaza bilmədiklərini deyən fənn müəllimlərinin məlumatından sonra ailə qızlarının məktəbə hər gün getməsinə rəğmən adının jurnalda və sistemdə olmadığını öyrənə bilib.

Məsələni aydınlaşdırmaq üçün şardin anası direktorun olsa da, ona artıq gec olduğu deyilib. Ona görə də heç bir yolla şagird Süleymanlı Əfsanəni məktəbə qaytarmaq, sistemə və jurnala əlavə etmək mümkün olmayıb.

Məlumatı şagirdin valideynləri “Arqument.az”a bildiriblər.

Valideynin direktordan nə səbəblə qızlarını məktəbdən uzaqlaşdırdığını soruşduqda isə direktor belə cavab verib: “Bilmirdim ki, oxudacaqsınız”.

Bu şikayətdən sonra direktor “Arqument.az”a açıqlamasında bildirimişdi ki, günah şagirdin ailəsində olub.

Mart ayının 30-da edilən şikayətdən sonra direktor müavini valideynlərlə görüşə göndərib və şagirdin anasını məktəbə çağırtdırıb.

Valideyn deyir ki, direktor onu aldadaraq izahat alıb.

Şagirdin valideyni Mahiyə Süleymanovanın sözlərinə görə, əslində, izahat direktorun diktəsi ilə yazıb: “Bildirdi ki, sənin müraciətini rellaşdırmaq, Təhsil Nazirliyinə qəbul etdirmək üçün bir yol var. Gərək izahat yazasan, imzalayasan ki, şagird Süleymanlı Əfsanə Araz qızının anası IX sinifi bitirmə haqqında şəhadətnaməni alıb, şəhadətnamə evdədir, amma qızını X sinifdə təhsilinə davam etməsi üçün online qeydiyyatdan keçirməyib, sentyabrda bu barədə məlumatı olub. Direktordan özü xahiş edib ki, qızını qeydiyyatda olmadan məktəbə qəbul etsinlər və dərslərdən geri qalmasın”, – deyə ailə bildirib.

Aldadıldığını bilən valideyn dərhal Təhsil Nazirliyinin “Qaynar xətti”nə zəng edib: “Bildirdilər ki, müraciət üçün bir ərizə rayonun Təhsil Şöbəsinin müdirinə, birini də Təhsil Nazirliyinə ünvanlamalıdır. Biz də deyildiyi kimi etdik. Həm rayonun Təhsil Şöbəsinə, həm də Təhsil Nazirliyinə vəziyyətlə bağlı məlumat verib, ərizə ilə müraciət yazdıq. Amma hələ ki heç birindən cavab gəlməyib”.

Bənzər yazılar

Back to top button